Osman Hacıbəyov
Osman İsmayıl oğlu Hacıbəyov (18 fevral 1924, Şuşa, DQMV – 14 iyun 1979, Bakı) — Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1969) Lenin komsomolu mükafatı laueratı (1967), ,
Osman İsmayıl oğlu Hacıbəyov 18 fevral 1924-cü ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbin yeddinci sinifini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Teatr məktəbində oxuduğu ilk dövrdən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılan tamaşaların kütləvi səhnələrində çıxış edib. 1942-ci ildə təhsilini bitirəndə onu təyinatla GTT-yə aktyor göndəriblər.
Gənc Tamaşaçılar Teatrının 50 illiyi ilə əlaqədar və milli teatr sənətinin inkişafında xidmətinə görə Osman Hacıbəyova 25 dekabr 1969-cu ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adı verilib. Peşəkar imkanlarının genişliyindən məharətlə barınan aktyor Osman Hacıbəyov müxtəlif xarakterli, hətta psi-xoloji cəhətdən ziddiyyətli rollarda çıxış edib. Komik rollarda ölçü hissini məharətlə qoruya bilib, oyunundakı güclü komizın və improvizasiya bacarığı onun ifasına əlvanlıq gətirib. Aktyor 1979-cu il iyunun 14-də Bakıda vəfat edib.
El oğlu, Ayaz ("El oğlu" və "Ana", Abdulla Şaiq)
Əşrəf və Qıdı kirvə ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov)
Skapen ("Skapenin kələkləri", Jan Batist Molyer),
Şahbaz bəy ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə)
Qəmküsar ("Yarımçıq Şəkü", Adil Babayev)
Yaşar ("Yaşar", Cəfər Cabbarlı)
Elşən ("Çiçəkii dağ", Məmmədhüseyn Təhmasib)
Protey ("İki veronalı", Vilyam Şekspir)
İmran, Nəsrəddin ("Anacan" və "Nəsrəddin", Yusif Əzimzadə)
Bəxtiyar ("Komsomol poeması", İsgəndər Coşqun)
Fərhad ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev)
İsgəndər xan ("Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov)
Florindo Aritun ("İki ağanın bir nökəri", Karlo Haoldoni)
Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov)
İohannes ("Qarlar Kraliçası", Yevgeni Şvarts)
Şirinbala ("Şirinbala bal yığır", Salam Qədirzadə)
Tarverdi ("Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə)
Tibalt ("Romeo və Cülyetta", Vilyam Şekspir)
Süleyman ("Ötən ilin son gecəsi", Anar)
Polkovnik Ferrari ("Ovod", Etil Voyniç)
Keykavus ("Söhrab və Rüstəm", İsgəndər Coşqun)
Müküş ("Mənin nəğməkar bibim", Əkrəm Əylisli)
O olmasın, bu olsun (film, 1956)
"OSMAN HACIBƏYOV". https://www.kino-teatr.ru.